"Qalatasaray" - "Fənərbaxça" oyununa qadağalar qoyuldu
Avqustun 11-i Kayserinin "Kadir Has stadionu"nda baş tutacaq Türkiyə Superkubokunda müəyyən qadağalar olacaq.

"Fənərbaxça" ilə "Qalatasaray" arasında oynanılacaq İstanbul derbisində təhrikedici sözlərin əks olunduğu pankartların stadiona gətirilməsinə icazə verilməyəcək.

Bu qərar isə hər iki klubun azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası (TFF) bu qarşılaşmanın Azərbaycanda keçirilməsi üçün AFFA-ya müraciət etmişdi. AFFA isə vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi.

Xəbər 935 dəfə oxundu.