Tiaqo Silva hazırkı klubu ilə müqaviləsini yeniləyib
"Barselona"nın transfer etmək istədiyi PSJ-nin oyunçusu Tiaqo Silva hazırkı klubu ilə müqaviləsini yeniləyib.

Braziliyalı müdafiəçi ilə 2016-cı ildə bitəcək müqavilənin müddəti 2018-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən Silva illik 12 milyon avro qazanacaq.

Xəbər 969 dəfə oxundu.