"Zenit" "Borussiya"nın futbolçularını istəyir
Rusiyanın "Zenit" klubu Dortmund "Borussiya"sının iki futbolçusu transfer etmək istəyir.

Bunlar müdafiəçi Nevan Subotiç və hücumçu Robert Levandovskidir.

Bu iki oyunçunun transferi üçün isə Rusiya təmsilçisinin 70 milyon avro ayırdığı bildirilir.

Qeyd edək ki, Levandovski "Borussiya" ilə forma geyindiyi 139 matçda 75 qol, Subotiç isə iştirak etdiyi 188 matçda 15 qol vurub.


Xəbər 849 dəfə oxundu.