“Qarabağ” növbəti mərhələyə keçdi

Dünən “Qarabağ” klubu Avroliqanın II təsnifat mərhələsinin cavab görüşündə Tofiq Bəhramov Respublika stadionunda Farer adalarının “Streymur” kollektivini qonaq edib. Ağdam komandası matç ərzində qol vurmaq üçün bir neçə əlverişli imkan qazansa da, bundan istifadə edə bilməyib. Sonda oyun heç-heçə başa çatıb - 0:0. “Ağ-göylər” səfərdə sərfəli nəticə əldə etdiyindən (1:1), növbəti mərhələyə adlayıblar.
“Qarabağ”ı bir həftə sonra III təsnifat mərhələsində Belçikanın ən titullu klublarından olan “Brügge” ilə çətin sınaq gözləyir.

Xəbər 1075 dəfə oxundu.