Ramal "Bucaspor"da debüt etdi
Türkiyə PTT birinci liqasında mübarizə aparan "Bucaspor" klubu yoxlama oyunu keçirib. İzmir klubu ilə müqavilə imzalayan həmyerlimiz Ramal Hüseynovun çıxış etdiyi komanda "Menemen Bələdiyyəspor"la qarşılaşıb. Ramal Hüseynov fasilədən sonra meydana çıxıb. Bu, həmyerlimizin yeni klubundakı ilk matçı olub. Görüş "Bucaspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 844 dəfə oxundu.