Gənclər Dünya çempionatına hazırlaşır
13-18 avqust 2013-cü il tarixdə Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı keçiriləcək.

Çempionata hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaların heyəti Qusar Olimpiya İdman Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışında iştirak edir.

Yunan-Roma güləşi üzrə yığmanın təlim-məşq toplanışı avqustun 4-nə, sərbəst güləş komandasının təlim-məşq toplanışı isə avqustun 11-dək davam edəcək.

Xatırladaq ki, bir müddət öncə Makedoniyanın Skopye şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş yığmamız qitə birincisi, yunan-Roma güləşi yığmamız isə ikinci olmuşdu.

Xəbər 1348 dəfə oxundu.