“Napoli” “Qalatasaray” matçına böyük maraq
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qalatasaray” dünən növbəti yoxlama matçı üçün İtaliyaya gəlib. “Sarı-qırmızı”lılar burada “Napoli” klubu ilə üz-üzə gələcək.

Bu görüşə italiyalı azarkeşlər də böyük maraq göstərir. Belə ki, “San Paolo” stadionunda keçiriləcək görüşə 47 min bilet satılıb.

Qeyd edək ki, sabah keçiriləcək “Napoli” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər 808 dəfə oxundu.