"Milan" ciddi itki ilə üzləşdi
"Milan"nın futbolçusu Daniele Bonera təxmini üç ay yaşıl meydanlardan uzaqda qalacaq.

32 yaşlı müdafiəçi "Valensiya" ilə oynadıqları hazırlıq matçında dizindən zədələnib.

Klub rəsmi saytından verdiyi açıqlamada futbolçunun 70-90 gün ərzində sağala biləcəyini bildirib.

Qeyd edək ki, sözügedən qarşılaşmada klubun digər oyunçusu Robinyo da zədələndiyi üçün 2 həftə forma geyə bilməyəcək.

Xəbər 997 dəfə oxundu.