Almaniyada ilin futbolçusu və baş məşqçisi seçildi
Almaniyada ilin futbolçusu və baş məşçisi seçimi başa çatıb.

"Kicker" jurnalının hər il təşkil etdiyi seçimlərdə bu il "Bavariya"nın futbolçusu Bastian Şvaynştayger birinci, komanda yoldaşları - Frank Riberi ikinci, Tomas Müller isə üçüncü olub. Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olan və Almaniya kubokunu qazanan Yup Heynkes isə ilin ən yaxşı baş məşqçisi seçilib.

Xəbər 1035 dəfə oxundu.