"Qarabağ" növbəti transferini reallaşdırır
"Qarabağ" növbəti transferini reallaşdırır. Bir müddətdir adı komanda ilə yanaşı hallanan "Olimpiakos"un üzvü Çumbinyo artıq Bakıdadır. Tezliklə braziliyalı oyunçu rəsmən "Qarabağ"ın futbolçusu olacaq. Hazırda "Qarabağ" Çumbinyonun transfer vərəqini gözləyir. Problem zamanında yoluna qoyulsa, braziliyalı yarımmüdafiəçi Avroliqanın III təsnifat mərhələsi çərçivəsində İsveçin "Gefle" klubuna qarşı keçiriləcək oyunlarda meydana çıxa bilər.

Xəbər 961 dəfə oxundu.