"Sumqayıt" hazırlıqlarını davam etdirir
Gürcüstan toplanışını başa vuran "Sumqayıt" klubu bu gündən etibarən hazırlığın üçüncü mərhələsinə start verib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası "Sumqayıt" İdman Mərkəzində gündə iki dəfə olmaqla məşqlərini davam edir.

"Neftçi"dən icarəyə götürülmüş Slavik Alxasov və Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Pərdis Fərcad-Azad, Mirzağa Hüseynpur, Orxan Əliyev və Vurğun Hüseynov isə son hazırlıqda fərdi məşqlərlə kifayətlənib.

Xəbər 1012 dəfə oxundu.