"Bakı" yenidən məşqləri bərpa edib
"Bakı" yenidən məşqləri bərpa edib. "Zolaqlılar" bu gündən etibarən Premyer Liqanın ilk turu çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək matçın hazırlığına başlayıb. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi saat yarım davam etdi. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlandı. Daha sonra komanda topu qısa məsafələrə ötürmə və paslar üzərində çalışdı. İki qrupa bölünən futbolçular məşq prosesini taktiki gedişlər və qapıya zərbələrlə yekunlaşdırdılar.

Xəbər 990 dəfə oxundu.