"Qarabağ" Bakıda coşğu ilə qarşılandı
Dünən Avroliqanın II təsnifat mərhələsinin cavab oyununda səfərdə "Piast"la 2:2 hesablı bərabərə qalan "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.

Avroliqada yeganə təmsilçimiz artıq Bakıdadır. Ağdam klubu aeroportda azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Avropa kuboklarında iştirak edən digər təmsilçilərimiz artıq mübarizəni dayandırıblar.

Xəbər 941 dəfə oxundu.