Papiss Sisse qərarını dəyişdi
"Nyukasl"ın futbolçusu Pappis Sisse komandasının yeni formasını geyməyəcəyi ilə bağlı verdiyi qərarı dəyişib.

Klub rəhbərliyi seneqallı hücumçunun formanı geyəcəyini açıqlayıb. Sissenin tez bir zamanda Portuqaliyadakı təlim-məşq toplanışına qatılacağı da bildirilib.

Qeyd edək ki, müsəlman oyunçu əvvəlcə komandanın yeni geyim sponsorunun faizlə kredit verən şirkət olduğu əsas gətirərək formanı geyməyəcəyini demişdi. Ancaq qumar oynarkən çəkilmiş şəkillərinin yayılması onun qərarını dəyişdirməsinə səbəb olub.

Xəbər 895 dəfə oxundu.