Şahmatçılarımız dünya çempionuna qarşı

Bu gün Çinin Ninbo şəhərində dünya çempionatında IV turun oyunları keçiriləcək. Son matçda Macarıstan yığmasına uduzan Azərbaycan milli komandası mundialın son qalibi Rusiya şahmatçılarına qarşı mübarizə aparacaq. Yığmamızın kapitanı Vladimir Tukmakov şimal qonşularımıza qarşı II turda Hindistan üzərində inamlı qələbə qazanan heyətə şans verib. O, yenidən Şəhriyar Məmmədyarovu III lövhəyə qaytarıb və Qədir Hüseynovu mübarizəyə atıb.
Qeyd edək ki, hesabında 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan millisi 6,5 xalla yarış cədvəlində 5-ci pillədədir.

Rusiya - AZƏRBAYCAN
Sergey Karyakin (2788) – Teymur Rəcəbov (2744)
Aleksandr Qrişuk (2746) – Vüqar Həşimov (2760)
Yan Nepomnyaşi (2711) – Şəhriyar Məmmədyarov (2765)
Peter Svidler (2739) – Qədir Hüseynov (2625)

Xəbər 1219 dəfə oxundu.