"Barselona"da mənə dəyər vermədilər"
"Bavariya"nın yeni futbolçusu Tiaqo Alkantara keçmiş klubu "Barselona" və transferi haqqında danışıb.

İspan yarımmüdafiəçi Kataloniya klubunun ona dəyər verməməsindən şikayətlənib: "Sadəcə mənə dəyər vermələrini istədim. Ancaq klubdan heç kəs məni razı salmaq üçün danışmadı. Ayrılmaq istədim və bunun qarşısını almaq üçün bir şey edilmədi".

Tiaqo həmçinin bildirib ki, trnasfer müddətində yalnız "Bavariya" onunla maraqlanıb: "Mançester Yunayted"lə heç bir danışığımız olmadı. "Real"ın məni istəyib-istəməməsi isə məni maraqlandırmır. Mövsüm bitdikdən sonra çox səbrli davrandım və "Barsa"nın mənə yeni təklif göndərməsini gözlədim. Amma bunu çox gözləyə bilməzdim".

Xəbər 926 dəfə oxundu.