"Barselona"dan Tito Vilanovaya dəstək
"Barselona" xəstəliyi səbəbindən klubdan ayrılan sabiq baş məşqçisi Tito Vilanovanın maaşını verməyə davam edəcək.

Bu barədə klub nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

"Barsa" ilə bir illik müqaviləsi qalan Vilanovanın 6 milyon yarım avroluq gəliri ona veriləcək. Bununla da, Kataloniya klubu ispan mütəxəssisin xəstəliyi üçün lazım olan xərclərə köməklik göstərəcək.

Qeyd edək ki, çərşənbə axşamı uğurlu əməliyyat keçirən Vilanova müalicəsini Nyu-Yorkda davam etdirir.

Xəbər 866 dəfə oxundu.