"Qarabağ" cavab oyununa hazırlaşır


Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Streymur"la qarşılaşacaq "Qarabağ" klubu, bu oyunun hazırlıqlarını davam etdirir. Komandadan idman.com.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi gündə bir məşqlə kifayətlənir. Bu gün, eyni zamanda bir neçə gənc futbolçu səhər məşqinə çıxıb.
Saat 19:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq axşam məşqinə Tural İsgəndərov qatılmayacaq. 19 yaşlı yarımmüdafiəçi hələ ki trenajor zalında məşq etməklə kifayətlənir.
Qeyd edək ki, Farer adalarında keçirilən ilk göruşdə "Qarabağ" qələbəni son dəqiqədə əldən vermişdi (1:1).

Xəbər 948 dəfə oxundu.