"Tromse"nin futbolçusu: "Bu, əla nailiyyətdir"
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"ə 0:1 hesabı ilə uduzan "Tromse" klubunun futbolçusu Remi Yohansen görüşlə bağlı fikirlərini bölüşüb.

Norveçli futbolçu komandasının "play-off" mərhələsinə qədər irəliləyəcəyinə inandığını bildirib:

"Bakıda "İnter"ə 0:1 hesabı ilə uduzduq. Ancaq ümumi hesabda biz qələbə qazandıq və növbəti mərhələyə adladıq. Bu, əla nailiyyətdir. Artıq növbəti rəqibimiz haqqında düşünməliyik. Bu mövsüm play-off mərhələsinə qədər irəliləyəcəyimizə inanıram".

Qeyd edək ki, "Tromse" iki oyunun nəticəsinə görə "İnter"i 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə adlayıb.

Xəbər 828 dəfə oxundu.