Yalnız “Qarabağ”!
Bu gün Avropa Liqasında mübarizə aparan klublarımızdan yalnız “Qarabağ” üzümüzü ağ edib. İdman.com.az saytı xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçında səfərdə Polşanın “Pyast” komandasının qonağı olan “ağlar”, gərgin rəqabətdə sərfəli nəticə qazanıb.

Oyunun gedişində Ağdam təmsilçisi hesabda üstün olsa da, sonradan geri düşüb. Amma büna baxmayaraq əlavə vaxtda vacib qol vuran “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Avropa Liqası, II təsnifat mərhələsi
25 iyul, cümə axşamı
Cavab matçı

“Pyast” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 2:2
Qol: Mateuş Matras, 29, Marçin Robak, 36 - Leroy Corc, 8, İlrix Kapolonqo, 108
İlk oyun – 1:2

Xəbər 886 dəfə oxundu.