"Qəbələ"nin Avstriyadakı ikinci sınağı
Avstriyada hazırlığını davam etdirən “Qəbələ” bu gün təlim-məşq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. "Qəbələ" bu dəfə Macarıstanın “Zalaeqerseq” klubu ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ” Avstriyadakı ilk oyununda "Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub edib.

20:00. "Qəbələ" (Azərbaycan) - "Zalaeqerseq" (Macarıstan)

Xəbər 895 dəfə oxundu.