Havyer Saviola Yunanıstanda
"Malaqa"nın argentinalı hücumçusu Havyer Saviola futbolçu karyerasını Yunanıstanda davam etdirəcək.

31 yaşlı hücumçu Yunanıstanın birinci liqa klublarından olan "Olimpiakos"a transfer olub. Onunla iki illik müqavilə imzalanıb.

Saviolanın yeni komandasında 9 nömrəli forma geyəcəyi bildirilib.

Qeyd edək ki, hücumçu ötən mövsüm La Liqada oynadığı 19 matçda 8 qol vurub.

Xəbər 801 dəfə oxundu.