Messi: “Onu komandaya mən gətirməmişəm”
"Martinonun komandaya transferində heç bir rolum yoxdur. Bununla klubun prezidenti Sanrdo Rossel və rəhbərlik maraqlanır. Mən sadəcə onun namizədliyi irəli sürülündə Maritinonun sadəcə yaxşı baş məşqçi olduğunu söyləmişəm".

Bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi klubun yeni çalışdırıcısı Xerardo Martinonun komandaya gəlməsində onun rolu olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Argentinalı hücumçu bildirib ki, yeni baş məşqçiləri ilə indiyə kimi heç görüşməyib: "Onu şəxsən tanımıram və indiyə kimi Martinonu görməmişəm də. Ümid edirəm ki, burada uğurlar əldə edər".

Xəbər 912 dəfə oxundu.