“Simurq”la oyundan sonra kapitanlıqdan imtina etdi
"Beşiktaş"ın futbolçusu İbrahim Toraman kapitanlıqdan imtina edib.

Barədə o, "Simurq"la hazırlıq matçından (2:1) sonra jurnalistlərə açıqlamasında deyib: "Bununla bağlı baş məşqçi ilə danışdım. Biliç mənə komandada əsas heyətdə daha çox forma geyən futbolçuların kapitan olmasını istədiyini söylədi. Mən də onun verdiyi qərarı hörmətlə qarşıladım" - deyə Toraman bildirib.

Qeyd edək ki. "qara qartallar"ın "Simurq"la oynadığı matçda kapitan olaraq meydana Manuel Fernandes çıxıb.

Xəbər 1101 dəfə oxundu.