"Qəbələ"nin komandası ikinci oyununu keçirib
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində ikinci oyununu keçirib. İlk görüşdə qonşu ölkənin I Divizion təmsilçisi "Mark Stars of Georgia" kollektivini 2:1 hesabilə məğlub edən "qırmızı-qaralar" bu dəfə Tbilisi "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb. Startdan finala qədər üstünlüyü əldən verməyən təmsilçimiz rəqibini Amil Yunanov və Əziz Hüseynovun qolları ilə 2:0 üstələyib.

"Qəbələ" növbəti oyunu sabah yerli "VİT Corciya" klubuna qarşı keçirəcək.

Xəbər 947 dəfə oxundu.