“Xəzər Lənkəran”ın 5 futbolçusu üçün əlamətdar oyun

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu 5 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Komandanın rumıniyalı baş məşqçisi Mirça Rednik İsrailin “Makkabi” klubu ilə Təl-Əvivdəki oyunda Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa ilk dəfə “ağ-yaşıl” formanı geymək imkanı verib.
Bununla da həmin 5 futbolçu rəsmi oyunlarda “Xəzər Lənkəran”da çıxış edən futbolçuların siyahısına daxil olub. İsraildəki görüşədək 126 oyunçuya Lənkəran təmsilçisinin şərəfini qorumaq nəsib olub. “Makkabi” ilə oyundan sonra isə yenilərin də adını yazdırdığı siyahıda artıq 131 nəfər yer alıb.

Xəbər 925 dəfə oxundu.