Rəhimov Mirkamil Pirəli oğlu - VƏFAT EDİB
Rəhimov Mirkamil Pirəli oğlu 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub.

1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşqul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakultəsinə daxil olub və inistutda ictimai əsaslarla qrup komsomol katibi vəzifəsini yerinə yetirib.

1977-ci ildə İnstitutu müvəfəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xoborovsk vilayətinin Svobodnıy şəhərində bir il hərbi xidmət keçib.

Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz iş yerinə qayıdıb.

1987-ci ildə Həmkarlar ittifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı vəzifəsinə təyin olunub.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Hal-Hazırda Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışır.

“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 02 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüıüb.

Mirkamil Rəhimov uzun sürən xəstəlikdən sonra, 30 mart 2016-cı il tarixdə ömrünün 60-cı ilində vəfat edib.

Xəbər 7263 dəfə oxundu.