Çumbinyo Bakıya gəlib
Yunanıstanın “Olimpiakos” klubunun braziliyalı yarımmüdafiəçisi Çumbinyo Bakıya gəlib. 27 yaşlı futbolçu artıq “Qarabağ”la bütün məsələlərdə razılışıb.

Onun tezliklə yeni klubu ilə müqavilə bağlaması gözlənilir. Böyük ehtimalla bu, Avroliqanın II təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ı ilə cavab oyununa yollanan “Qarabağ” rəhbərliyinin vətənə dönüşündən sonra gerçəkləşək. Onunla iki illik müqaviləyə imza atılacaq.

Xəbər 964 dəfə oxundu.