"Qarabağ"ın yeni futbolçusu artıq Bakıdadı
Braziliyalı yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalayacaq

Yunanıstanın “Olimpiakos” klubunun braziliyalı yarımmüdafiəçisi Çumbinyo Bakıya gəlib.

27 yaşlı futbolçu artıq “Qarabağ”la bütün məsələlərdə razılığa və onun tezliklə yeni klubu ilə müqavilə bağlaması gözlənilir. Böyük ehtimalla bu, Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ı ilə cavab oyununa yollanan “Qarabağ” rəhbərliyinin vətənə dönüşündən sonra gerçəkləşək. Onunla iki illik müqaviləyə imza atılacaq.

Xəbər 906 dəfə oxundu.