"Qəbələ" 2 qolla sevindi
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində ikinci oyununu keçirib.

İlk görüşdə qonşu ölkənin I divizion təmsilçisi "Mark Stars of Georgia" kollektivini 2:1 hesabı ilə məğlub edən "qırmızı-qaralar" bu dəfə Tbilisi "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb.

Startdan finala qədər üstünlüyü əldən verməyən təmsilçimiz rəqibini Amil Yunanov və Əziz Hüseynovun qolları ilə 2:0 üstələyib.

"Qəbələ" növbəti oyunu bu gün yerli "VİT Corciya" klubuna qarşı keçirəcək.

Xəbər 876 dəfə oxundu.