"Qarabağ" Polşada məşqə çıxdı
"Qarabağ" Polşanın Glivitse şəhərində oyunqabağı son məşqinə çıxıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün Avroliqanın II təsnifat mərhələsi çərçivəsində "Piast"ın qonağı olacaq komandamız dünən yerli vaxtla 17:30-da hazırlığa başlayıb. 19 futbolçunun iştirak etdiyi çalışmada Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də çox yükləməyib. Təxminən 1 saat davam edən çalışma yüngül qaçışla başlayıb. Ardınca ənənəvi kvadrat oynayan komandanın əhval-ruhiyyəsinin yaxşı olması diqqətdən qaçmayıb.

Ardınca otelə yollanan "Qarabağ" oyun saatını gözləməyə başlayıb.

Qeyd edək ki, "Piast" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq..

Xəbər 972 dəfə oxundu.