“Neftçi” bu gün cavab matçına çıxacaq

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilir. Ötən mövsüm Azərbaycan Premyer Liqasının ən güclüsü olan “Neftçi” Xorvatiya çempionu “Dinamo” ilə cavab matçına çıxacaq. Zaqrebdə üzləşdiyi 0:3 hesablı məğlubiyyətlə azarkeşlərini məyus edən “ağ-qaralar” nüfuzunu bərpa etmək üçün ev oyununda qələbə qazanmağa çalışacaq.
Qeyd edək ki, bu gərgin görüş saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər 886 dəfə oxundu.