Otüstü hokkeyçilərimiz qrup birincisi olaraq qalır
Fransanın Kamrai şəhərində keçirilən qadın otüstü hokkeyçilər arasında Avropa çempionatının 2-ci dəstəsində mübarizə davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisi ukraynalı həmkarları ilə qarşılaşıb. Matç qolsuz heç-heçə bitib – 0:0.

Qitənin 8 ən güclü seçmə komandası sırasına vəsiqə qazanmaq üçün rəqabət aparan təmsilçilərimiz ilk görüşdə Fransa kollektivinə 4:2 qalib gəldiyindən, “A” qrupunda 4 xalla liderliyini davam etdirir. Bizdən sonra gələn Ukrayna yığmasının 2 xalı var.

Sabah Adil Paşayevin rəhbərlik etdiyi komandamız Litva mililsi ilə üz-üzə gələcək. Bu, qrupda keçirəcəyimiz son matç olacaq. Otüstü hokkeyçilərimiz ən azından heç-heçə edəcəyi halda, yarımfinala vəsiqə qazanacaq.

Xəbər 2255 dəfə oxundu.