Otüstü xokkeyçilərimiz Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandası Fransanın Camrai şəhərində keçirilən Avropa çempionatında iştirak edir.

Millimiz baş məşqçi Adil Paşayevin rəhbərliyi altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçib.
İlk turda millimiz Fransa xokkeyçiləri ilə qarşılaşıb. Yerli azarkeşlərin dəstəyi altında çıxış edən fransızlar Azərbaycan xokkeyçilərinə ciddi müqavimət göstərə bilməyiblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 4:2 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Xatirə Əliyeva, Yuliya Muradi, Anastasiya Tsıqanskaya və Fəridə Məmmədova fərqləniblər.

Xəbər 720 dəfə oxundu.