Elnur Məmmədli dünya çempionatında iştirak etməyəcək
Pekin Olimpiya Oyunlarının çempionu Elnur Məmmədli (81 kq) bu il avqustun sonunda Rio-de-Janeyroda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Azərbaycan cüdoçusu həmin yarışlara əzmlə hazırlaşsa da, bu yaxınlarda keçirilmiş təlim-məşq toplantılarında ayağı zədələnib. İdmançı yarışlara qədər ayağını bərpa edə bilməyəcək. Bu səbəbdən də mövsümün əsas turnirində iştirak etməyəcək.

Azərbaycan komandası iyulun 24-31-də Soçidə keçiriləcək təlim-məşq toplantılarında iştirak edəcək. Moskvada keçirilən “Böyük dəbilqə” turnirindən sonra Azərbaycan yığması Rusiya paytaxtında qalmış, məşqlərdə iştirak etmiş, sonra isə Soçiyə yola düşüb.

Xatırladaq ki, yığmamızın üzvü İlqar Müşkiyev (60 kq) “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Xəbər 667 dəfə oxundu.