Qubada sərbəst güləş üzrə təlim-məşq toplanışı başlanılıb
İyulun 24-də sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başlayıb.

Təlim-məşq toplanışı avqustun 8-dək davam edəcəkdir.
Baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun rəhbərliyi altında toplanışda 19 güləşçi iştirak edir.

Təlim-məşq toplanışına Hacı Əliyev, Qalib Əliyev (hər ikisi 60 kq), Ruslan Dibirhacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 66 kq), Emin Əzizov, Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hamısı 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev, İbrahim Yusubov (hamısı 84 kq), Xetaq Qazyumov, Hacı Şərifov, Səid Həmidov, Çermen Baqayev (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov, Mehman İmamquliyev, Valera Rodriqes və Əli Maqomedabirov (hamısı 120 kq) cəlb olunublar.

Xəbər 845 dəfə oxundu.