“Akkord” futzal komandası qalib oldu
“Akkord” futzal komandası 2012-ci ilin sentyabr ayından etibarən AFFA-nın dəstəyi, Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə təşkil edilən həvəskarlar liqasında iştirak edir.

Yeni yaranmasına baxmayaraq peşəkar hazırlığı ilə seçilən komanda çempionatın yüksək pillələri uğrunda mübarizə aparıb. Komanda qrup mərhələsində 30 oyun keçirərək mərhələni 4-cü sırada başa vurmuş və “Play off” mərhələsinə vəsiqə qazanıb.

Futzalçılar “Play off” mərhələsinin ilk üç oyununda inamlı mübarizə apararaq finala vəsiqə qazanıblar. Finalda “Akkord” komandasının rəqibi son 3 ilin çempionu “Baku Fire 2” komandası olmuşdur. Final oyununda “Akkord” futzal komandası böyük əzm nümayiş etdirərək 2:0 hesabı ilə qələbə qazanıb.

Bununla da “Akkord” komandası 2012-2013-cü il futzal üzrə həvəskarlar liqasının çempionu adına layiq görülüb. Bunun nəticəsində komandamız futzal üzrə ölkənin birinci liqasına vəsiqə qazanıb.

AzərTAc

Xəbər 731 dəfə oxundu.