Türkiyənin basketbol klublarında yeni transferlər
Türkiyənin basketbol klublarında transfer işləri davam etməkdədir.

İdman.com.az saytının məlumatına görə, Barselona klubu artıq üçüncü transferini həyata keçirib. Belə ki, Fənərbaxça Ülkərin rəqibi olan klub Anadolu Efesin keçmiş oyunçusu Bostcan Nahbarı öz heyətinə qatıb.

Qalatasaray Liv Hospital ilə eyni qrupda iştirak edən Bayern Münih isə sarı-qırmızılıların köhnə oyunçusu Nihad Dyedoviçi transfer edib.

Xatıladaq ki, Barselona klubu Bostcan Nahbardan əvvəl Kostas Papanikolaonu və Coey Dorseyi transfer edib.


Aynurə Pənahqızı

Xəbər 1314 dəfə oxundu.