Dünya çempionatının təqvimi məlumdur

Bakıda keçiriləcək boks üzrə dünya çempionatının dəqiq təqvimi bəllidir. London Olimpiadasına lisenziya verən mötəbər yarış sentyabrın 26-da start götürəcək. Açılış mərasimi bundan bir gün əvvəl, saat 18:00-da başlayacaq.

Dünya çempionatı ərəfəsində şəhərimizdə AİBA-nın növbədənkənar Konqressi də keçiriləcək. Tədbir yeni istifadəyə verilmiş “Kempinski Badamdar” mehmanxanasında baş tutacaq.

Artıq dünya çempionatının rəsmi loqosu hazırlanıb və AİBA-nın internet səhifəsində yerləşdirilib.

Xəbər 1279 dəfə oxundu.