“Qəbələ” “Gənclərbirliyi” komandasına qalib gəldi
Avstriyanın Zalsburq şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası ilk yoxlama oyununu keçirib.

“Qəbələ” Türkiyə təmsilçisi “Gənclərbirliyi” komandası ilə qarşılaşıb. Matç Almaniyanın Münhen şəhərində təşkil olunduğundan “Qəbələ” qonşu ölkəyə yollanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin heyətində Lorenzo Ebesilyo, Daniel Subotiç və Yannik Kamanan fərqlənibər.

Xəbər 910 dəfə oxundu.