“Neftçi” ikinci təsnifat mərhələsinin cavab oyununa çıxdı
İyulun 23-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarındakı təmsilçimiz Bakının “Neftçi” futbol komandası ikinci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Azərbaycan çempionu Albaniyanın “Skenderbeu” komandasının qonağı olub.
Korça şəhərindəki “Skenderbeu” stadionunda keçirilən oyunun əsas vaxtında hesab açılmayıb. Əsas hissədə kobud oyununa görə “Neftçi”nin futbolçusu İqor Mitreski qırmızı vərəqə alaraq matçdan kənarlaşdırılıb.
Qalibin müəyyənləşməsi üçün əlavə vaxt təyin olunub. Matçın 116-cı dəqiqəsində “Skenderbeu”nun futbolçusu Nuredin Orelesi hesabı açıb.
Beləliklə, polşalı baş hakim Pavel Gilinin idarə etdiyi oyunda Albaniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdir. Komandalar arasında Bakıda keçirilmiş ilk oyunda isə hesab açılmamışdı. İki oyunun nəticəsinə görə, “Neftçi” Çempionlar Liqası yarışlarındakı çıxışını dayandırıb.

Xəbər 676 dəfə oxundu.