“Synergy Baku”nun velosipedçisi 2–ci olub
Çin Xalq Respublikasında “Tour of Qinghai Lake 2013” beynəlxalq yarışına yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, “Lanjou” şəhərində keçirilmiş sonuncu dairəvi velosiped yarışı 96 km məsafəni əhatə edib. Azərbaycanı bu mötəbər yarışda təmsil edən “Synergy Baku Cycling Projekt” komandası sonuncu mərhələdə uğurlu nəticə göstərib.

Belə ki, “Synergy Baku Cycling Projekt” komandasının velosipedçisi Riko Rogers finişə 2–ci olaraq gəlib. O, 96 km məsafəni sonuncu mərhələnin qalibi kimi 1 saat 56 dəqiqə 45 saniyəyə qət edib. 13-cü mərhələnin qalibi ABŞ –ın “UnitedHealthcare Presented by Maxxis” komandasının velosipedçisi Jakob Keoq olub. 3-cü yerə isə “Vini Fantini” komandasının idmançısı Françesko Çiki çıxıb.

Xəbər 958 dəfə oxundu.