Respublika Olimpiya İdman Liseyi 2014-2015-ci tədris ili üçün şagird qəbulu elan edir
Lisey xüsusi qabiliyyəti olan şagirdləri aşağıda qeyd olunan idman bölmələri üzrə V sinifə qəbul edir:

1. Sərbəst güləş
2. Yunan-Roma güləşi
3. Cüdo
4. Futbol
5. Voleybol
6. Boks
7. Gimnastika
8. Üzgüçülük
Liseyə qəbul edilən şagirdlər dövlət hesabına yeməklə, respublikanın rayonlarından qəbul edilənlər isə yataqxana ilə də təmin olunurlar.
Liseyin Azərbaycan və rus bölmələri var.
Liseyə daxil olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Direktorun adına ərizə;
2. Sağlamlıq haqqında arayış - forma 086;
3. Oxuduğu məktəbdən arayış və qiymət cədvəli;
4. Doğum haqqında şəhadətnamənin əsli;
5. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
6. Yaşayış yerindən arayış;

Ərizələr avqust ayının 30-dək qəbul edilir.
Dərslər sentyabrın 15-dən başlanır.

LİSEYİN ÜNVANI: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 68.
TELEFON: 429-75-49

Xəbər 16154 dəfə oxundu.