Layeş Abdullayeva Avropa çempionu oldu
23 yaşadək idmançlar arasında atletika üzrə Avropa çempionatına yekun vurulub.
Çexiyanın Ostarava şəhərində, İyulun 12-dən 17-dək keçirilmiş yarışda ölkəmiz 3 idmançı ilə təmsil olunub.
Atletlərimizdən Layeş Abdullayevanın nəticəsi uğurlu olub. L.Abdullayeva 10 000 metr məsafəyə qaçışda 32.18.05 dəqiqə nəticə ilə qitə çempionu adını qazanıb. İdmançımız 5000 metrə qaçışda da hamıdan sürətli (15.29.47 dəqiqə) olub. Bununla da iki proqramda xanım atletimiz qızıl medal qazanıb. Qeyd edək ki, komandamız Bakıya iyulun 19-da qayıdacaq.

Xəbər 1281 dəfə oxundu.