Martino razılıq verdi
"Nyuells Old Boyz"un sabiq baş məşqçisi Xerardo Martino "Barselona"nı çalışdırmağa razılıq verib. Martino Kataloniya klubu ilə 3 illik müqavilə imzalayıb. Argentinalı mütəxəssislə yanaşı, məşqçilər korpusunda Elvio Paolorosso və Xorxe Pautasso yer alacaq.

Xatırladaq ki, Martino "Nyuells Old Boyz"la Argentina çempionu olub. Eləcə də Paraqvay millisini Dünya Çempionatı 2010-da 1/4 finala, 1 il Amerika Kubokunda isə finala daşıyıb.

Xəbər 669 dəfə oxundu.