Roberto Mançini “Barselona” da çalışmaq istəyir
“İnter” və “Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini “Barselona” klubunda çalışmaq istəyib. İtaliyalı mütəxəssis Tito Vilanovanın Kataloniya təmsilçisinin sükanı arxasından gedişindən sonra öz xidmətini təklif edib. Lakin “Barselona” fərqli oyun üslubunu əsas gətirərək, təklifdən imtina edib.

Qeyd edək ki, Mançini ötən mövsümün sonunda “Mançester Siti”dən istefaya göndərilib.

Xəbər 766 dəfə oxundu.