AGF də media nümayəndələrini mükafatlandırdı - FOTOSESSİYA
Azərbaycan Güləş Federasiyasının (AGF) altı ay ərzindəki fəaliyyətinə həsr olunan tədbir keçirilib. İdman.com.az saytı xəbər verir ki, AGF-in inzibati binasında təşkil olunan tədbirdə baş katib Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və güləşçilərimizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib:

“Son altı ay ərzində güləşçilərimiz beynəlxalq turnirlərdə, Avropa çempionatında və 27-ci Dünya Universiadasında uğurla çıxış edib və Azərbaycanı layiqincə təmsil edib. Ümumilikdə beynəlxalq turnirlərdə 139 medal qazanılıb, onlardan 34-ü qızıl, 29-u gümüş, 66-sı bürünc əyarlıdır. Avropa çempionatlarında isə ümumilikdə 35 medal – 10 qızıl, 7 gümüş, 18 bürünc qazanılıb. Güləşçilərimizin əldə etdiyi nailiyyət ölkəmizdə idmana göstərilən qayğının nəticəsidir”.

Sonra Azərbaycan Güləş Federasiyasının fəaliyyətini, güləşçilərin uğurlarını işıqlandıran media nümayəndələri 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edilib və onlara xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1070 dəfə oxundu.