Jose Bosinva İstanbula gəlib
Uzun müddətdir "Trabzonspor"un transfer etmək istədiyi portuqaliyalı futbolçu Jose Bosinva İstanbula gəlib.

31 yaşlı futbolçu Trabzona gedib, 2 illik müqavilə imzalayacaq. Ötən mövsüm İngiltərə Premyer Liqasına əlvida deyən KPR forması geyinən futbolçu, bir vaxtlar "Çelsi"də Florent Malouda ilə birgə oynamışdı. Portuqaliya millisinin də formasını geyinən futbolçu, ötən mövsüm 23 oyunda forma geyinmək şansı yaxalayıb.

Məlumat üçün deyək ki, Trabzon təmsilçisi bir neçə gün öncə Maluda ilə də anlaşıb.

Xəbər 914 dəfə oxundu.