"Tromso" artıq Bakıdadır
Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Tromso" artıq Bakıdadır. Norveç klubu bu gün səhər saatlarında ölkəmizə gəlib.

Komanda bu gün və sabah paytaxtımızda məşqə çıxacaq. Sabah isə komandanın baş məşqçisi Aqner Kristensenin oyunöncəsi mətbuatı konfransı keçiriləcək.

Xəbər 670 dəfə oxundu.