Güləşçilərimizin qazandığı nailiyyətlər yüksək qiymətləndirilib
Azərbaycan Güləş Federasiyasının (AGF) altı ay ərzindəki fəaliyyəti barədə tədbir keçirilib.

AGF-nin inzibati binasında təşkil olunan tədbirdə baş katib, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov ölkəmizdə idman göstərilən dövlət qayğısından danışmış və güləşçilərimizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

Bildirib ki, son altı ay ərzində güləşçilərimiz beynəlxalq turnirlərdə, Avropa çempionatında və 27-ci Dünya Universiadasında uğurla çıxış etmiş və Azərbaycanı layiqincə təmsil ediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi idmanda da gedən inkişaf göz qabağındadır. Güləşçilərimizin qazandığı nailiyyət ölkədə idmana göstərilən qayğının nəticəsidir.

Xəbər 634 dəfə oxundu.